Qaydalar və Şərtlər

    Turlarımızda iştirak etməzdən əvvəl aşağıdakı qaydaları diqqətlə oxuyun

    Bələdçi Təlimatları

    İştirakçılar tur zamanı bələdçinin bütün təlimatlarına əməl etməlidirlər. Bələdçi qrupun təhlükəsizliyi və rahatlığı üçün məsuliyyət daşıyır. Bələdçinin göstərişlərinə riayət etməmək turdan kənarlaşdırılma ilə nəticələnə bilər.

    Geri Ödəmə Siyasəti

    Ödəniş tamamlandıqdan sonra pullar geri qaytarılmır. Bu, biletlərin, otellərin, nəqliyyatın və digər xidmətlərin əvvəlcədən rezerv edilməsi və ödənilməsi ilə əlaqədardır. Bütün xərclər əvvəlcədən planlaşdırıldığı üçün geri ödəmələr mümkün deyil.

    Sənəd Tələbləri

    İştirakçılar bütün lazımi sənədləri (pasport, viza ərizəsi, tibbi sığorta və s.) vaxtında təqdim etməlidirlər. Sənədlərin düzgün və tam olmasına əmin olun. Natamam sənədlər viza rədd edilməsinə və ya səyahətdən imtinaya səbəb ola bilər. Biz sənədlərin itirilməsi üçün məsuliyyət daşımırıq.

    Şəxsi Əşyaların Təhlükəsizliyi

    İştirakçılar səyahət zamanı şəxsi əşyalarının təhlükəsizliyinə cavabdehdirlər. Şirkət itən, oğurlanan və ya zədələnən əşyalar üçün məsuliyyət daşımır. Qiymətli əşyalarınızı həmişə yanınızda saxlayın və hotellerin seyflərindən istifadə edin.

    Xidmət Narazılığı

    Xidmətlərlə bağlı şikayətlər tur zamanı bələdçiyə və ya yazılı şəkildə şirkətə bildirilməlidir. Əvvəlcədən razılaşdırılmış xidmətlərdən narazılıq hallarında şirkət məsuliyyət daşımır. Hər bir xidmətin keyfiyyəti xarici tərəfdaşlardan asılıdır.

    Davranış Qaydaları

    İştirakçılar digər qrup üzvlərinə, bələdçilərə və yerli əhaliyə hörmətlə yanaşmalıdırlar. Mübahisələr və münaqişələr qəbuledilməzdir. Qeyri-etik davranış turdan dərhal kənarlaşdırılma ilə nəticələnə bilər.

    Qadağan Olunmuş Əşyalar

    Uçuşlarda qadağan edilən bütün əşyalar (siqaret, narkotik maddələr, iti alətlər və s.) turlarımızda da qadağandır. İştirakçılar bütün beynəlxalq və yerli qanunlara riayət etməlidirlər. Qadağan olunmuş əşyaların daşınması hüquqi nəticələrə səbəb ola bilər.

    Məsuliyyətin Məhdudlaşdırılması

    AG-Bildung turlar zamanı baş verə biləcək fövqəladə hallar, təbii fəlakətlər, siyasi sabitsizilik və ya üçüncü tərəflərin hərəkətləri nəticəsində yaranan ziyan üçün məsuliyyət daşımır. Səyahət sığortası almağınız tövsiyə olunur.

    Suallarınız var?+994503757201
    WhatsApp-da yazın